Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün "Qarabağ"ın potensial rəqibləri müəyyənləşir



Bu gün avrokubokların "play-off" mərhələsinin püşkatma mərasimi keçiriləcək. Hazırda mübarizəni Çempionlar Liqasında davam etdirən "Qarabağ"ın həm bu yarışda, həm də Avropa Liqasında növbəti potensial rəqibləri müəyyənləşəcək.

3-cü təsnifat mərhələsində Belarus BATE-si ilə qarşılaşacaq avrokuboklardakı yeganə təmsilçimiz püşk zamanı ÇL-də səpələnməmişlər, Avroliqada isə səpələnmişlər sırasında olacaq. Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Çempionlar Liqası, "play-off" mərhələsi, Çempionlar Yolu

Səpələnmişlər


"Zaltsburq" (Avstriya) / "Şkendiya" (Makedoniya) cütünün qalibi
PSV (Hollandiya)
"Seltik" (Şotlandiya) / AEK (Afina, Yunanıstan) cütünün qalibi
"Astana" (Qazaxıstan) / "Dinamo" (Zaqreb, Xorvatiya)

Səpələnməmişlər

"Qarabağ" (Azərbaycan) / BATE (Belarus) cütünün qalibi
"Yanq Boyz" (İsveçrə)
"Malmö" (İsveç) / "Videoton" (Macarıstan) cütünün qalibi
"Srvena Zvezda" (Serbiya) / "Spartak" (Trnava, Slovakiya) cütünün qalibi

Avroliqa Yolu

Səpələnmişlər


"Benfika" (Portuqaliya) / "Fənərbağça" (Türkiyə) cütünün qalibi
"Slaviya" (Praqa, Çexiya) / "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi

Səpələnməmişlər

"Standard" (Belçika) / "Ayaks" (Hollandiya) cütünün qalibi
PAOK (Yunanıstan) / "Spartak" (Moskva, Rusiya) cütünün qalibi

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya və Ukrayna komandaları püşkatma zamanı ayrı-ayrı cütlüklərə bölünəcəklər. Bu səbəbdən, "Benfika" (Portuqaliya) / "Fənərbağça" (Türkiyə) cütünün qalibi PAOK (Yunanıstan) / "Spartak" (Moskva, Rusiya) cütünün qalibi ilə, "Slaviya" (Praqa, Çexiya) / "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi isə "Standard" (Belçika) / "Ayaks" (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq. Püşk nəticəsində isə bu cütlərin qaliblərindən hansının "play-off"da ilk oyunu evdə keçirəcəkləri müəyyənləşəcək.

Görüşlər 21-22 avqustda və 28-29 avqustda keçiriləcək. ÇL-in "play-off"unun 6 qalibi qrup mərhələsinə yüksələcək.

"Qarabağ" / BATE cütlüyündən məğlub ayrılacaq komanda mübarizəni Avropa Liqasının "play-off" mərhələsində davam etdirəcək. Avroliqanın Çempionlar Yolunda səpələnmişlər səbətində yer alacaq həmin klub 4 potensial cütlükdən biri ilə üz-üzə gələcək:

Səpələnmişlər

"Malmö" (İsveç) / "Videoton" (Macarıstan) cütünün məğlubu
"Seltik" (Şotlandiya) / AEK (Yunanıstan) cütünün məğlubu
"Qarabağ" (Azərbaycan) / BATE (Belarus) cütünün məğlubu
"Ludoqorets" (Bolqarıstan) / "Zrinski" (Bosniya və Herseqovina) cütünün məğlubu

Səpələnməmişlər

"Şerif" (Moldova) / "Valür" (İslandiya) cütünün məğlubu
"Spartak" (Yurmala, Latviya) / "Suduva" (Litva) cütünün məğlubu
TNS (Uels) / Mityulland" (Danimarka) cütünün məğlubu
"Torpedo" (Kutaisi, Gürcüstan) / "Kukesi" (Albaniya) cütünün məğlubu

Oyunlar avqustun 23-də və avqustun 30-da keçiriləcək. Avroliqanın "play-off" mərhələsinin qalibləri qrup mərhələsinə yüksələcəklər. Məğlublar isə mübarizəni dayandıracaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş