Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Daha güclü “Qarabağ” gözləyirik”



“Oyuna hazırlıq zamanı qapının təhlükəsizliyi üzərində çox çalışdıq. Ancaq təkcə müdafiə olunmayacaq, əks-hücumlara atılmaq riskini də göz önünə alacağıq”. Bunu “Kukesi”nin yarımmüdafiəçisi Besar Musolli deyib.

Albaniya təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq. Səfər öncəsi yerli mətbuata açıqlama verən Musolli müsbət nəticəyə ümid edir.

29 yaşlı futbolçu növbəti mərhələni hədəflədiklərini vurğulayıb: “Müəyyən dərəcədə məqsədimizə çatdığımızı deyə bilərəm. İlk görüşdə istədiyimizi aldıq. Amma indi daha güclü “Qarabağ” gözləyirik. Digər tərəfdən təzyiq rəqibin üzərində olacaq. Biz eyni formada çıxış edəcəyik. Üstünlük əldə etmək üçün qol vurmağa çalışacağıq. Bizim xəyalımız qrup mərhələsidi. Hazırda Çempionlar Liqasında mübarizə aparırıq. Bu turnirdə bacardığımızı ortaya qoymaq, daha sonra Avropa Liqasındakı vəziyyətə baxmaq istəyirik”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Kukesi” qarşılaşması 21:00-da start götürəcək.


Facebook-da paylaş

Xəbəri paylaş