Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Ağırlıqqaldıranlarımız Avropa çempionu oldu



Ağırlıqqaldırma üzrə Azərbaycan yığması İtaliyanın Milan şəhərində 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında keçirilən Avropa birinciliyinin qalibi olub.

Yığma 40-a yaxın ölkədən 300-dən çox atletin iştirak etdiyi yarışda komanda hesabında birinci yeri tutub.

Yeniyetmələrdən ibarət yığma toplamda 4 qızıl, 1 gümüş və 2 bürünc, ümumilikdə isə ayrı-ayrılıqda birdən və təkanla qaldırma hərəkətləri, həmçinin toplamdakı medallar nəzərə alınmaqla, 22 medal qazanıb. Bu göstəricidə Azərbaycan 25 medal qazanan Türkiyə yığmasından sonra 2-ci olub.

Yaşı 17-yə qədər olan qız ağırlıqqaldıranlar 115 xalla 12-ci, oğlanlar isə 471 xalla (4 qızıl, 3 gümüş və 3 bürünc medal) 4-cü yerə çıxıblar.

Yaşı 15-ə qədər olan qızlar Avropa birinciliyinə 44, 48, 53, 58, 63, 69 kq-da cəmi 7 nəfərlə qatılıblar. Toplam 409 xal toplayan qızlardan ibarət yığma komanda hesabında Avropada 3-cü yeri tutmağı bacarıb. Milli yalnız İtaliya və Türkiyədən geri qalıb.

Yaşı 15-ə qədər olan yeniyetmə oğlan ağırlıqqaldıranlar isə 50, 56, 62, 77 və 94 kq çəki dərəcələrində 8 nəfərlə təmsil olunub. 6 qızıl, 4 gümüş və 3 bürünc medal qazanan yığma, bu nəticə ilə medal hesabında Avropanın 2-ci ən güclü komandası olub.

Medallarla yanaşı, Azərbaycan atletləri milli komandanın aktivinə xallar da yazdırıblar. Nəticədə yığma üzvləri cəmi 550 xal toplayıblar. Bunun sayəsində Azərbaycan yığması Bolqarıstan və Türkiyə millilərini arxada qoyaraq komanda hesabında Avropa birinciliyinin qalibi adına layiq görülüb.


Facebook-da paylaş