Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İntiqam Babayev rusiyalı gənclərlə görüşüb



Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayevlə görüşmüşdür.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın BrendSport.az saytına verdiyi məlumata görə, görüşdə Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti, müxtəlif layihələr, əldə edilmiş uğurlar və beynəlxalq əlaqələr haqqında məlumat verilmiş və nümayəndə heyətinin üzvləri səfər barəsində öz təəssüratlarını bölüşmüşlər. Görüşün sonunda qonaqlara Gənclər və İdman Nazirliyinin xatirə hədiyyələri təqdim edilmişdir.










Facebook-da paylaş

Xəbəri paylaş