Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Olimpiya"nın təklifinə "Qarabağ"dan rədd cavabı verildi

"Olimpiya"nın təklifinə "Qarabağ"dan rədd cavabı verildi

"Olimpiya" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı "Qarabağ"a ilk oyunun başlama saatını dəyişdirməyi təklif edib.

Sloveniya mətbuatının yaydığı xəbərə görə, klub bu addımı matçın DÇ-2018-in yarımfinalında Xorvatiya - İngiltərə görüşü ilə eyni vaxtda başlanacağı üçün atıb. "Olimpiya" "Qarabağ"a oyunun yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlamağı təklif edib. Ancaq Ağdam klubu bu təkliflə razılaşmayıb.

Qeyd edək ki, "Olimpiya" - "Qarabağ" oyununun başlama saatı həmin gün keçiriləcək DÇ-2018-in yarımfinal mərhələsinin İngiltərə - Xorvatiya görüşü ilə üst-üstə düşdüyü üçün canlı yayımlanmaya bilər. Dünya çempionatının oyununa marağın daha böyük olacağını nəzərə alan Sloveniya telekanalları "Olimpiya" - "Qarabağ" qarşılaşmasını canlı yayımlamaq istəmirlər. Məhz buna görə də klub bu təklifi irəli sürmüşdü.

Xatırladaq ki, "Olimpiya" - "Qarabağ" matçı iyulun 11-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş