Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ” "Verona”nın qapıçısı ilə danışıqlar aparır

“Qarabağ” "Verona”nın qapıçısı ilə danışıqlar aparır

"Qarabağ"ın İtaliyanın "Verona” klubunda forma geyinən qapıçı Nikolas Andradeyə təklif göndərməsi barədə xəbər vermişdik.

Braziliyalı qolkiperin meneceri Joao Santos Azərbaycan çempionu ilə danışılar apardıqlarını təsdiq edib.

Menecer bildirib ki, "Qarabağ" Nikolas Andradeyə illik 300 min avro maaş təklif edib: "Danışıqlar davam etsə də, indidən razılığın əldə olunacağını demək düzgün deyil. "Verona” ona ödəniləcək pulun 50 faizini də özü istəyir. Amma "Qarabağ” bu pulu verməkdə maraqlı görünmür”.

Qeyd edək ki, Nikolas Andrade indiyədək Braziliyanın "Atletiko Mineyro", "Villa Nova", "Tombense", "Anapolina", İtaliyanın "Virtus", "Trapani" və "Verona" klublarında çıxış edib. O, 2017/18 mövsümündə A Seriyasında 36, İtaliya Kubokunda 1 oyun keçirib. "Verona" mövsümün sonunda B Seriyasına düşüb.


Facebook-da paylaş

Xəbəri paylaş