Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



"Qarabağ"dan yeni transfer



“Qarabağ” fransalı futbolçu Abdulla Zubirin transferini açıqlayıb. Klubun rəsmi saytının yaydığı xəbərə görə, 26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına Fransada 2011-ci ildə “Qrenobl” klubunda başlayan Zubir bir mövsüm sonra eyni ölkənin “İstr” klubuna keçib. 2013/14-cü illər mövsümünün ikinci yarısında icarə əsasında Şotlandiyanın “Hibernian” klubunda çıxış edib, daha sonra yenidən müqaviləylə məxsus olduğu “İstr” klubuna qayıdıb. 2015/16-ci illər mövsümündə Rumıniyanın “Petrolul” klubuna transfer olunub.

Daha sonra Fransanın “Lans” klubuna keçən fransalı yarımmüdafiəçi son iki mövsümü burada keçirib. 26 yaşlı transferimiz “Lans” formasıyla meydanda olduğu 70 oyunda 6 qol və 12 məhsuldar ötürməylə yadda qalıb.


Facebook-da paylaş