Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Qurbanov "Qəbələ”nin şanslarını dəyərləndirib



"Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatması barədə fikirlərini açıqlayıb.

38 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında "Qəbələ”nin Lüksemburqun "Proqres” klubu ilə oyunlardakı şanslarını dəyərləndirib:

"Püşkatmadan öncə 5 mümkün rəqibimiz var idi. Bunlar təxminən eyni səviyyəli, oxşar komandalar idi. Püşkün nəticəsinə görə "Proqres”lə qarşılaşacağıq. Lüksemburq təmsilçisi ötən mövsüm Şotlandiyanın "Reyncers” klubunu mübarizədən kənarlaşdırıb. "Proqres” kifayət qədər ciddi rəqibdir. Ümumilikdə hazırki durumda şanslar bərabərdir. Püşkdən sonra hazırlıq planlarımız buna uyğun şəkildə qurulacaq. Rəqib barədə gündəlik məlumatlar toplanacaq. Bizim üçün Cavid Hüseynovun yoxluğu ciddi itkidir. Bəzi mövqelərdə boşluqlarımız var. Bu boşluğu yeni futbolçu və ya futbolçularla doldurmağa çalışacağıq. "Proqres”lə matçadək vaxtımız azdır. Hər gün, hər məşq vacibdir. İlk oyunun evdə və ya səfərdə keçirilməsi üstünlük deyil. Birinci növbədə komandanın hazır olmasıdır. Bu təlim-məşq toplanışında yaxşı oyun formasını yığmalıyıq”.


Facebook-da paylaş