Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Parataekvondoçularmız Avropa çempionatına yollanır



Təlim-məşqləri bu gün başa vuran parataekvondo milli komandamız sabah Avropa çempionatına yollanır. Bolqaristanın Plovdiv şəhərində keçiriləcək sayca 7-ci olan qitə çempionatında ölkəmizi 5 idmançı təmsil edəcək.

ATF-dən BrendSport.az saytına verilən məlumata görə, 10 iyun tarixində başlanacaq yarışda böyük məşqçilər Yaşar Səfərov və Fərid Tağızadənin rəhbərliyi ilə milli komandanın üzvləri İmaməddin Xəlilov (K-44, -61 kq), Nicat Müslümov ( K-43 -75 kq), Əbülfəz Abuzərli (K-44 -75 kq), Vuqar Adışirinov (K-44 +75 kq) və Aynur Məmmədova (K-44 +58 kq) dayanq üzərinə çıxacaq.

Qeyd edək ki, Plovdiv şəhərinin "Kolodruma" idman sarayında baş tutacaq G4 kateqoriyalı yarışın qalibləri aktivlərinə 40 reytinq xalı əlavə etmiş olur.
Millimiz 11 iyun tarixində vətənə dönəcək.

Alxas Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş