Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Realmadrid Fondu Azərbaycan sosial futbol məktəbinin açılışı olacaq



Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Realmadrid Fondunun birgə layihəsi olan RMF Azərbaycan sosial futbol məktəbi 2013-cü ildən fəaliyyət göstərir.

BrendSport.az saytı xəbər verir ki, 29 aprel 2013-cü il tarixdə imzalanmış “Əməkdaşlıq Müqaviləsi”nə uyğun olaraq yaradılan məktəb Realmadrid Fondunun MDB məkanında birinci, Avropada 8-ci layihəsi olub. 2013-2017-ci il tədris müddətini əhatə edən ilk mərhələdə görülən işlərin ugurlu olması səbəbindən tərəflər əməkdaşlıgı davam etdirmək qərarına gəliblər. Nəticə etibarı ilə 2018-ci ilin yanvar ayında yeni müqavilə imzalanıb. Beləliklə, Realmadrid Fondunun Azərbaycan sosial futbol məktəbi növbəti 4 il ərzində ölkədə futbolun inkişafı və kütləviliyinə dəstək verməkdə davam edəcəkdir. Qeyd edək ki, layihənin эsas tərəfdaşları Gənclər və İdman Nazirliyi ilə Realmadrid Fondudur. Əsas icraedici tərəfdaş isə İnkişaf Naminə İdman İctima Birliyidir.

Sosila futbol məktəbinin açılış mərasimi may ayının 17-də Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzində (Keçmiş Neftçi baza) keçiriləcəkdir. Realmadrdid Fondunun nümayəndələri – “Real Madrid” Futbol klubunun elçisi Rikardo Qalleqo və Realmadrid Fondunun Avropa regionu üzrə baş meneceri xanım Elena Fernandezin iştirak edəcəyi tədbir saat 15.00-da başlayacaqdır.


Facebook-da paylaş

Xəbəri paylaş