Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



"Bakı Marafonu 2018"in qalibi məlum oldu



"Bakı Marafonu 2018"in qalibi müəyyənləşib. BrendSport.az saytı xəbər verir ki, finişə ilk çatan ukraynalı İqor Oletirenko (1990-cı il təvəllüd) olub. İkinci yerin sahibi iranlı Məhəmməd Cəfərdi (1990). Türkiyəli Ömər Alkanoğlu (1991) isə ilk üçlüyü tamamlayıb.

Qadın kateqoriyası üzrə qalib türkiyəli Çelik Fadime (1986-cı il təvəllüdlü) finişə birinci çatıb. İkinci yerin sahibi ukraynalı Valentina Poltavskadır (1971). İlk üçlüyü Rusiyadan olan Anastasiya Petrova (1993) tamamlayıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də "Bakı Marafonu 2018” keçirilib. "Küləyə qalib gəl” şüarı altında keçirilən marafon ardıcıl üçüncü ildir təşkil olunur.

Bu dəfəki marafonda prezidentin qızları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak edib. "Bakı Marafonu-2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib. "Bakı Marafonu-2018”dən toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.


Facebook-da paylaş