Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA-nın prezidenti İlham Əliyevə məktub göndərdi



UEFA-nın prezidenti Aleksander Çeferin prezident İlham Əliyevə məktub göndərib.

Avropa futbol qurumunun rəhbəri dövlətimizin başçısını yenidən prezident seçilməyi münasibəti ilə təbrik edib:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Azərbaycanda futbolun inkişafı ilə bağlı 2016-cı ildə Bakıda keçirdiyimiz görüşü məmnunluq hissi ilə xatırlayıram. İcazə verin, ötən müddətdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) və valehedici ölkənizin milyonlarla futbol azarkeşinə verdiyiniz dəstək üçün Sizə bir daha təşəkkürümü bildirim.

Prezidentliyinizin yeni dönəmində Bakıda dünya miqyaslı iki futbol tədbiri keçiriləcək - UEFA Avropa Liqası 2019-un final oyunu və Avro-2020-nin oyunları. Əminəm ki, Sizin dəstəyiniz və AFFA-nın diqqətəlayiq səyləri sayəsində hər iki vacib yarış birmənalı şəkildə uğurla keçiriləcəkdir.

Ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram".


Facebook-da paylaş

Xəbəri paylaş