Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



"ShamkirChess 2018": Şahmatçılarımız heç-heçə oynadı



Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün VII turun görüşləri keçirilir.

Hesabat turunda Azərbaycanın iki qrossmeysteri - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gəlib. Görüş 48-ci gedişdən sonra heç-heçə başa çatıb.

Hazırda David Navara (Çexiya) - Dinq Liren (Çin), Rauf Məmmədov (Azərbaycan) - Aniş Giri (Hollandiya), Maqnus Karlsen (Norveç) - Veselin Topalov (Bolqarıstan), Radoslav Voytaşek (Polşa) - Sergey Karyakin (Rusiya) görüşləri davam edir.

Qeyd edək ki, Teymur Rəcəbovun turnirdəki bütün görüşləri bərabərliklə yekunlaşıb. Şəhriyar Məmmədyarov isə bir görüşdə məğlub olub və digər oyunları heç-heçə başa çatıb.


Facebook-da paylaş