Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionun dəqiqləşə biləcəyi həftə



Topaz Premyer Liqasında XXIV turun oyun cədvəli açıqlanıb. Çempionun müəyyənləşə biləcəyi tura aprelin 21-də “Keşlə” – “Zirə” matçı ilə start veriləcək.

Həmin gün saat 19:00-da başlayacaq “Sumqayıt” – “Qarabağ” matçında isə qonaqlar qızıl medalları təmin edə bilər. Bunun üçün Ağdam klubuna qələbə qazanmaq kifayətdi.

Turun ikinci günü “Səbail” – “Kəpəz” matçı ilə başlayacaq. Həftənin son qarşılaşmasında “Neftçi” və “Qəbələ” üz-üzə gələcək.

Topaz Premyer Liqası

XXIV tur
21 aprel (şənbə)


16:00. “Keşlə” – “Zirə”
“İnter Arena”

19:00. “Sumqayıt” – “Qarabağ”
Sumqayıt. Şəhər stadionu

22 aprel (bazar)

17:00. “Səbail” – “Kəpəz”

“Bayıl Arena”

19:00. “Neftçi” – “Qəbələ”
8-ci km qəsəbə stadionu


Facebook-da paylaş

Xəbəri paylaş