Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Alpaqut Federasiyasından təbrik mesajı



Azərbaycan Alpaqut Federasiyası Mətbuat Xidmətinin Federasiyanın prezidenti Qüdrət Nuriyevin imzası ilə yaydığı təbrikdə deyilir:

Cənab Prezident!

Sizi böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməniz münasıbəti ilə ürəkdən təbrik edir, Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq!

Eyni zamanda bildirmək istərdik ki, idmanın inkişafına göstərdiyiniz böyük diqqət və qayğı ölkədə idman hərəkatının daim genişlənməsinə, idmançılarımızın möhtəşəm qələbələrə imza atmasına, Azərbaycanın dünyada bir idman ölkəsi kimi böyük şöhrət qazanmasına bir səbəbdir.

Bu hadisə bütün idman ictimaiyyətini sevindirməklə yanaşı uğurların qarşıdakı dövrdə də yüksək səviyyədə davam etməsinə əminlik hissi yaradır. İnanıriq ki, ötən 15 ildə olduğu kimi, növbəti 7 ildə də ölkəmiz bütün sahələr üzrə, həmçinin idmanda da böyük nəticələr əldə olunacaq. Dövlətimizin bayrağı daima ucalarda dalğalanacaq. Sizin son 15 ildə yürütdüyünüz siyəsət bizdə bu inamı yaradib.

Cənab Prezident!

Bir daha Sizi növbəti siyasi qələbə münasibəti ilə təbrik edir, Azərbaycanımızin gələcək inkışafı naminə Sizə can sağlığı və siyasi arenada yeni-yeni uğurlar arzu edirik.

Azərbaycan Alpaqut Federasiyasının kollektivi adından,
Federasiya prezidenti Qüdrət Nuriyev


Facebook-da paylaş

Xəbəri paylaş