Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qəbələ”nin U-9 komandası Novruz turnirinin qalibi olub



“Qəbələ” idman klubunun təşkilatçılığı ilə keçirilən 9 yaşadək futbolçular arasında Novruz turnirinə yekun vurulub.

Şamaxı Olimpiya İdman Kompleksində keçirilən yarışda 4 komanda dairəvi sistemlə mübarizə aparıb. İki gün davam edən turnirin qalibi adını “Qəbələ” futbolçuları qazanıblar. Anar Surxayevin baş məşqçisi olduğu komanda xal hesabında bütün rəqiblərini arxada qoyub.

“Sabah” ikinci, “Vətən” isə üçüncü yeri tutublar.

Xatırladaq ki, martın 22-23-də U-12-lər arasında Novruz turnirində də “Qəbələ” qalib adına yiyələnib.

Azərtac.az


Facebook-da paylaş

Xəbəri paylaş