Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kişi ağır atletlərin yarışında sonuncu qaliblər müəyyənləşib



Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Federasiyadan bildiriblər ki, kişi ağır atletlərin yarışında artıq bütün qaliblər müəyyənləşib. Son olaraq 85, 94, 105 və +105 kiloqram çəki dərəcələrində mübarizə yekunlaşıb. Müvafiq olaraq Kamran İsmayılov, Nailxan Nəbiyev, Əliş Nəzərov və Azər Məmmədli qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlıqdır.

Azərtac.az


Facebook-da paylaş

Xəbəri paylaş