Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Azərsu” həndbolçuları 14 turdan sonra turnir cədvəlinin vahid liderinə çevriliblər



Qadın həndbolçular arasında Azərbaycan çempionatında 14-cü tura yekun vurulub.

Azərbaycan Həndbol Federasiyasından bildirilib ki, turun mərkəzi oyununda "Azərsu" və "Azəryol" komandaları üz-üzə gəliblər. Oyun "Azərsu" komandasının 38:26 hesablı asan qələbəsi ilə yekunlaşıb. Digər matç isə "İdman Akademiyası"nın kollektivi ilə "Qarabağ" həndbolçuları arasında keçirilib. Oyunun favoriti sayılan "Qarabağ" rəqibindən üstün olub- 36:24.

Xatırladaq ki, turun ilk oyununda “Gənclər Birliyi” komandası ilə qarşılaşan "Nur" rəqibini böyük hesabla məğlub edib - 44:18.

Beləliklə, aktivindəki xalların sayını 24-ə çatdıran "Azərsu" turnir cədvəlinin vahid liderinə çevrilib. Rəqibindən 4 xal geri qalan "Azəryol" ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 17 xalla "Qarabağ" həndbolçuları tamamlayırlar. "Nur" 16 xalla dördüncü, "Gənclər Birliyi" 4 xalla beşinci, "İdman Akademiyası" isə 2 xalla sonuncudur.

Azərtac.az


Facebook-da paylaş