Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Autizmlilərin İdman Klubu İctimai Birliyi”nin üzvləri “Zirə”nin düşərgəsində olublar



Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Neftçi” ilə qarşılaşacaq “Zirə” hazırlığını Bakı Olimpiya Stadionunda davam etdirir.

BrendSport.az xəbər verir ki, komandanın hazırlığında qonaqları olub. Belə ki, “Autizmlilərin İdman Klubu İctimai Birliyi”nin üzvləri “Zirə”nin düşərgəsinə baş çəkiblər. Autizm sindromundan əziyyət çəkən uşaqlar futbolçularla məşq edib, daha sonra baş məşqçi Ayxan Abbasov oyunçulara sözügedən sindrom haqda danışıb.

Qeyd edək ki, indi dünyada hər 68 uşaqdan biri autizmli doğulur. Autizmin dünyada nədən qaynaqlandığı bəlli olmadığı üçün bu gün onun tibb sahəsində heç bir müalicə üsulu yoxdur. Reabilitasiya yolu isə ancaq idmandan keçir.


Facebook-da paylaş

Xəbəri paylaş