Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək


VİDEO Bütün Xəbərlər

Canınızın dərmanı, həyatınızın və sağlamlığınızın tək ünvanı "Həyat Aptek"...
24 saat sizinlə!



"Sumqayıt"ın sabiq məşqçisi kluba qarşı məhkəmə işini udub



Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) "Sumqayıt"ın sabiq məşqçisi Elnur Çodarovun şikayətinə müsbət cavab verib.

BrendSport.az
xəbər verir ki, bu barədə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sabiq sədri Nailə Rüstəmzadə şəxsi feysbuk hesabından paylaşım edib.

O, mütəxəssisin məhkəmə işini udduğunu vurğulayıb. Beləliklə, klub Elnur Çodarovun 3 aylıq maaşını ödəmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, Elnur Çodarov 2021-ci ilin dekabrında “Sumqayıt”ın istefaya göndərilən məşqçilər korpusunda yer alıb. Onun “gənclik şəhəri” təmsilçisi ilə müqaviləsinin davam etməsinə baxmayaraq, rəhbərlik birtərəfli qaydada sözləşməyə xitam verib. AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi 2022-ci il martın 17-də onu haqlı saysa da, bununla razılaşmayan “Sumqayıt”ın şikayəti bir ay sonra AFFA-nın Apellyasiya Arbitraj Tribunalı tərəfindən təmin olunub.


Facebook-da paylaş

Xəbəri paylaş