Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: "Neftçi" "Kəpəz"i məğlub edib







Azərbaycan Premyer Liqasında XXXV tura start verilib.
BrendSport.az xəbər verir ki , turun açılış matçı Qəbələdə oynanılıb.

Stadionu təmirdə olan “Kəpəz” bu şəhərdə “Neftçi” ilə qarşılaşıb.

Görüş bakılıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı “Kəpəz” açıb. Abdullah Şuaybu 45+3-cü dəqiqədə fərqlənib. “Neftçi” 65-ci dəqiqədə Ata Caber, 89-cu dəqiqədə Ömər Buludov, 90+4-cü dəqiqədə isə Kilan Lebonun qolları ilə qələbəni təmin edib.

Qeyd edək ki, bir neçə tur öncədən bürünc medalları təmin edən “Neftçi” xallarının sayını 65-ə yüksəldib. “Kəpəz” isə 30 xalla 7-cidir.


Facebook-da paylaş

Xəbəri paylaş