Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Heydər Əliyev İli”nə töhfə olaraq yeni stolüstü tennis zalı istifadəyə verilib

“Heydər Əliyev İli”nə töhfə olaraq yeni stolüstü tennis zalı istifadəyə verilib


Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən “Heydər Əliyev İli”nə töhfə olaraq Masallı şəhərində yeni idman zalı istifadəyə verilib.
BrendSport.az xəbər verir ki, əvvəlcə Ulu Öndərin rayon mərkəzindəki abidəsini ziyarət edən tədbir iştirakçıları onun xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov, Cavanşir Paşazadə, federasiyanın vitse-prezidenti Elmar İslam, əməkdaşı Əliniyaz Mirzəyev və güləş üzrə Avropa çempionatının mükafatçısı Yasəmən Məcidli tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Bölgələrdə idmanın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür ifadə olunub, bu cür tədbirlərin idmanın inkişafına təkan verəcəyi vurğulanıb. Ardınca tədbir iştirakçıları yeni stolüstü tennis zalı ilə tanış olublar.
Zalın əsas hissəsində 6 tennis stolu, eləcə də bədən tərbiyəsi ilə məşğul olmaq üçün müxtəlif avadanlıqlar mövcuddur. Stolüstü tennis zalı əsasən yeniyetmə və gənclərin bu idman növü ilə məşğul olması üçün nəzərdə tutulsa da, böyüklər, təqaüdçülər eləcə də bu idman növünə marağı olan başqa şəxslər də asudə vaxtlarında zalın imkanlarından yararlana bilərlər. Gələcəkdə zalda zona yarışları, respublika səviyyəli turnirlər, təlim məşq toplanışlarının da keçirilməsi planlaşdırılır.


Facebook-da paylaş

Xəbəri paylaş