Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ” Azərbaycan çempionatları tarixində xal rekordunu təkrarlayıb





BrendSport.az xəbər verir ki Ağdam klubu 2022/2023 mövsümündə sona üç tur qalmış xallarının sayını 84-ə çatdırmaqla buna nail olub.

Premyer Liqanın XXXIII turunda “Qəbələ” üzərində 3:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri 2015/2016 mövsümündə qırdıqları rekordu təkrarlayıblar. Ağdam təmsilçisi həmin vaxt 84 xalla mövsümü çempion kimi başa vurmuşdu.

“Qarabağ” bu mövsüm daha bir xal toplayacağı təqdirdə, rekordu yeniləyəcək. Komanda son üç turda müvafiq olaraq “Səbail”, “Sumqayıt” və “Turan Tovuz”la qarşılaşacaq.

Qeyd edək ki, ən yaxın izləyicisi “Sabah”ı 7 xal qabaqlayan “Qarabağ” növbəti turda da qələbə qazansa, çempionluğunu rəsmiləşdirəcək. Ağdamlıların XXXIV turda “Səbail”lə səfər matçı mayın 13-nə təsadüf edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş