Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: "Qarabağ" "Qəbələ" ilə qarşılaşacaq





Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulacaq.
BrendSport.az xəbər verir ki , sonuncu oyunda "Qarabağ" "Qəbələ"ni qəbul edəcək.
"Azersun Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq. Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq. "Köhlən atlar" 81 xalla liderdir. "Qırmızı-qaralar" 48 xalla 4-cü pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatlarında 57 dəfə üz-üzə gəliblər. Bunların 32-də Ağdam təmsilçisi, 10-da da "Qəbələ" meydanı üç xalla tərk edib. 15 görüşdə qalib müəyyənləşməyib. Topların fərqində də hazırkı meydan sahiblərinin aşkar üstünlüyü var - 90:44. "Qarabağ" Premyer Liqadakı ardıcıl 5 oyunda rəqibini məğlub edib, qonaqlar isə 19 matçdır qələbə qazana bilməyib.

Azərbaycan Premyer Liqası

XXIII tur

8 may (bazar ertəsi)

20:00. “Qarabağ”“Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Emin Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Azersun Arena”

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Sabah" "Kəpəz"i, "Zirə" "Şamaxı"nı 3:0 hesabı ilə üstələyib. "Turan Tovuz" "Neftçi"ni (4:0), "Səbail" isə "Sumqayıt"ı (3:1) məğlub edib.


Facebook-da paylaş

Xəbəri paylaş