Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Lənkəranda bədii gimnastika üzrə yeddinci bölgələrarası kubok yarışlarına start verilib

Lənkəranda bədii gimnastika üzrə yeddinci bölgələrarası kubok yarışlarına start verilib


Lənkəran Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə yeddinci bölgələrarası kubok yarışlarına start verilib.
BrendSport.az xəbər verir ki, yarışda “Ocaq Sport” klubunun Zaqatala, Şamaxı, Ağdaş bölmələri, Abşeron, Naxçıvan, Masallı, Sumqayıt, Lənkəran, İsmayıllı, Qusar, Göyçay Olimpiya İdman Kompleksi, Mingəçevir - “Kür” Olimpiya Tədris-İdman Mərkəzindən 36 gimnast qüvvəsini sınayır.
İdmançılar balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-cu il) yaş kateqoriyasında çıxış edəcəklər.
Yarışda balacalar - alətsiz, gürzlər, lent, yeniyetmələr - alətsiz, top, gürzlər, gənclər isə - halqa, top, gürzlər və lentlərlə çıxışlarını nümayiş etdirəcəklər.
Qaliblər çoxnövçülük proqramında müəyyənləşəcək.


Facebook-da paylaş

Xəbəri paylaş