Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Sabah" pley-off seriyasındakı ilk qələbəsini qazanıb

"Sabah" pley-off seriyasındakı ilk qələbəsini qazanıb


Mayın 5-də "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsinə start verilib.
BrendSport.az xəbər verir ki, yarımfinal seriyasının ilk oyununda "Sabah" və "AAAF Xırdalan" komandaları qarşılaşıblar. Oyuna sürətli başlayan "Sabah" basketbolçuları yekunda 86-71 hesablı qələbə qazanıblar. Bu qələbə ilə "Sabah" seriyada 1-0 önə keçib.
Yarımfinal seriyasının ikinci oyunu mayın 8-da keçiriləcək.
Ən məhsuldar basketbolçular "Sabah BK"-dan Entoni Patti (19 xal, 12 ribaund), "AAAF Xırdalan BK"dan Deymon Makdouel (26 xal, 9 asist) olub.
Qeyd edək ki, pley-off mərhələsində ikinci yarımfinal seriyasının ilk oyunu ("NTD" - "Gəncə") mayın 6-sı saat 19.30-da "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş