Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Ciu-Citsu Federasiyasının təşklatçılığı ilə, “World Business Center”-in konfrans zalında federasiya ilə, Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası arasında görüş keçirilib


Tədbirdə federasiya və assosasiyanın idarə heyətləri tam tərkibə iştirak edib.

BrendSport.az
xəbər verir ki, Açılış nitqində assosiasiyanın prezidenti Atil Ağamirov yeni yaranmış təşkilat haqqnda məlumat verib, Azərbaycan Ciu-Citsu Federasiyası ilə Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası arasında həyata keçiriləcək gələcək planlar, Ciu-Citsu döyüş növünün inkişafı haqqında danışıb. İclasda federasiyanın birinci vitse-prezidenti Azər Əliyev, vitse-prezident Seymur Səfərov, idarə heyətinin üzvü Elvin Abbasov, idarə heyətinin üzvü Əli Cəfərov, antidopinq komitəsinin rəhbəri Gülşən Tağıyeva, mətbuat xidmətinin rəhbəri Rüfət Abdullayev də iştirak edib.



Daha sonra assosiasiyanın və federasiyanın rəhbər heyyəti öz fikirlərini bölüşüblər. Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindəki kuratoru Elçin Qasımov da öz fikirlərini iclas iştirakçılarına çatdırıb.
Eyni zamanda səs vermə nətcəsində Seymur Səfərov yedkilliklə assosiasiyanın Ciu-Citsu idman növü üzrə kuratoru vəzifəsinə, Gülşən Tağıyeva assosasiyanının baş katibi vəzifəsinə, Mirəli Seyidov isə assosiasiyanın baş məsləhətçisi vəzifəsinə təyin olunub. Atil Ağamirov assosasiyanın yeni üzvlərinə vəsiqələrini təqdim edib.
Tədbirin sonunda Azərbaycan Ciu-Citsu Federasiyasının prezidenti Mirəli Seyidov tərəfindən, vitse prezident Seymur Səfərova Ciu-Citsu üzrə 5-ci dan qara kəmər diplomu təqdim edilib.
Sonra isə xatirə şəkli çəkilib.









Facebook-da paylaş

Xəbəri paylaş