Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: "Zirə" evdə "Turan Tovuz"a uduzub



Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

BrendSport.az xəbər verir ki , "Zirə" doğma meydanda "Turan Tovuz"u qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bölgə təmsilçisindən qolları 3-cü dəqiqədə Şəhriyar Əliyev, 57-ci dəqiqədə Natan Oduva və 60-cı dəqiqədə Roderik Miller vurublar. Paytaxt klubunun heyətində isə 86-cı dəqiqədə Loris Bronyo fərqlənib.

"Qartallar"ın hücumçusu Hamidu Keyta 33-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Bu qələbə ilə xallarını 32-yə çatdıran "Turan Tovuz" 6-cı pillədəki mövqeyini möhkəmlədib. 42 xalı olan "Zirə" isə 5-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" Qəbələdə "Kəpəz"ə, "Sabah" evdə "Şamaxı"ya 1:0, "Qəbələ" isə doğma meydanda "Səbail"ə 4:2 hesabı ilə qalib gəlib. Tura mayın 2-də keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.


Azərbaycan Premyer Liqasının XXXII turunda üz-üzə gələcək "Zirə" və "Turan Tovuz"un start heyətləri açıqlanıb.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Zirə": 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 19. Vladislav Kulaç, 14. Hamidu Keyta (k), 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 26. Nemanya Ancelkoviç, 28. Abbas İbrahim 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 66. Pərviz Azadov, 38. Ramiz Muradov, 9. Loris Bronyo, 23. Andriya Lukoviç, 5. Moiz Adileu, 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov

"Turan Tovuz": 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 55. Xulu Siyanda, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiç, 19. Runi Eva
Ehtiyat oyunçular: 98. Elxan Qasımov, 77. Cavid Tağıyev, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 24. Divayn Naa, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş