Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ” klubu Premyer Liqada qollu oyunlar seriyasını 16-ya çatdırıb

“Qarabağ” klubu Premyer Liqada qollu oyunlar seriyasını 16-ya çatdırıb


“Qarabağ” klubu Azərbaycan Premyer Liqasında qollu oyunlar seriyasını 16-ya çatdırıb. XXXI turda “Zirə”ni qəbul edən Qurban Qurbanovun yetirmələri 2:2 hesablı heç-heçəyə imza atıblar.
BrendSport.az xəbər verir ki, XV turda məhz bu rəqiblə qolsuz heç-heçə etdikdən sonra Ağdam klubu hər qarşılaşmada qol sevinci yaşayıb. On altı oyunluq qol seriyası son üç mövsümün mütləq rekordudur. “Qarabağ” 2021-ci ildə ardıcıl 15 matçda rəqib qapısına yol tapan “Neftçi” və “Zirə”ni geridə qoyub.
Qeyd edək ki, sonuncu dəfə daha uzun qol seriyasına 2019-cu ildə təsadüf olunub. 2018-2019-cu və 2019-2020-ci il mövsümlərini əhatə edən vaxtda ağdamlılar 17 matçda meydanı qolsuz tərk etməyib.


Facebook-da paylaş

Xəbəri paylaş