Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Premyer Liqasında 2022/2023-cü il mövsümünün rekordu təkrarlanıb

Azərbaycan Premyer Liqasında 2022/2023-cü il mövsümünün rekordu təkrarlanıb


Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023-cü il mövsümünün rekordu təkrarlanıb.
BrendSport.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, mövsümdə ikinci dəfə keçirilən 5 oyunun 3-də heç-heçə qeydə alınıb.
Bu, XXXI tura təsadüf edib. “Şamaxı” – “Kəpəz” və “Səbail” – “Neftçi” qarşılaşmaları 1:1, “Qarabağ” – “Zirə” matçı 2:2 hesabı ilə nəticələnib. Digər iki görüşdə qonaqlar qələbə qazanıblar. “Sabah” “Turan Tovuz”u 2:0, “Qəbələ” “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub edib.
Eyni cütlərin qarşılaşdığı XV turda da üç heç-heçə qeydə alınıb. Ötən il noyabrın 27-29-da keçirilən matçlarda “Qarabağ”la “Zirə” qolsuz bərabərə qalıb, Şamaxı və Sumqayıtda 1:1 hesabı qeydə alınıb. “Neftçi” “Səbail”i evdə 3:1, “Sabah” səfərdə “Turan Tovuz”u 1:0 hesabı ilə üstələyib.
Turda iki nəticə Azərbaycan çempionatları tarixində yubiley sayda qeydə alınıb. “Şamaxı” – “Kəpəz” görüşü 1:1 hesabı ilə nəticələnən 500-cü matç olub. “Qarabağ” – “Zirə” qarşılaşması isə 2:2 hesablı 150-ci bərabərlikdir.


Facebook-da paylaş

Xəbəri paylaş