Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Murov” voleybol klubu Azərbaycan çempionatının qalibidir

“Murov” voleybol klubu Azərbaycan çempionatının qalibidir


Voleybol Mərkəzində kişi voleybolçular arasında Azərbaycan çempionatında üçüncülük uğrunda və finalın son matçları keçirilib.
BrendSport.az xəbər verir ki, ilk olaraq meydana bürünc medal üçün yarışan “Neftçi” və MOİK klubları çıxıblar. Əvvəlki iki qarşılaşmada uduzan MOİK bu oyuna daha yaxşı başlayıb və ilk seti 25:21 hesabı ilə qalib başa vurub. Lakin komanda üstünlüyünü qoruya bilməyib və gərgin idman mübarizəsi şəraitində keçən növbəti setlərdə "Neftçi" (25:22, 25:15, 28:26) qalib gəlib – 3:1. Bununla da 3 qələbə qazanan "Neftçi" Yüksək Liqanın bürünc medalına sahib çıxıb.
Daha sonra çempionluq üçün yarışan "Murov" və "Xarı bülbül" komandaları meydana çıxıblar. Cütün ilk iki oyunu "Murov"un qələbəsi ilə yekunlaşmışdı. "Xarı bülbül" qızıl medal uğrunda mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalı idi. Lakin təşəbbüsü əldən verməyən “Murov” 3:0 (25:16, 25:10, 25:16) hesabı ilə qalib gəlib.
Final mərhələsində üç qələbə qazanan "Murov" Azərbaycan çempionu adını qazanıb.
Beləliklə, "Murov" qızıl, "Xarı bülbül" gümüş və "Neftçi" bürünc medal qazanıb. MOİK isə Yüksək Liqanı dördüncü pillədə başa vurub.
Final matçından sonra Azərbaycan çempionatı Yüksək Liqa (qadınlar və kişilər) yarışlarının qaliblərinin mükafatlandırma və birinciliyin bağlanış mərasimi keçirilib.


Facebook-da paylaş

Xəbəri paylaş