Əsas Səhifə > Olimpiya > Azərbaycan voleybolçusu üçüncü dəfə Macarıstan kuboku yarışlarının qalibi olub

Azərbaycan voleybolçusu üçüncü dəfə Macarıstan kuboku yarışlarının qalibi olub


13-03-2023, 12:40
Azərbaycan voleybolçusu üçüncü dəfə Macarıstan kuboku yarışlarının qalibi olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Macarıstan kuboku yarışlarının qalibi olub.

BrendSport.az
xəbər verir ki, blokçunun çıxış etdiyi "Vaşaş" finalda "Bekeşçaba" ilə üz-üzə gəlib. Rəqibini 3:2 hesabı ilə üstələyən “Vaşaş” titula sahib çıxıb. A.Abduləzimova bu qarşılaşmada 14 xal qazanıb.

Qeyd edək ki, voleybolçumuz üçüncü dəfə Macarıstan kuboku yarışlarında qızıl medal əldə edib.
Geri qayıt