Əsas Səhifə > Olimpiya > Pekin-2022: Azərbaycan təmsilçiləri püşkatma mərasiminə qatılmayacaq

Pekin-2022: Azərbaycan təmsilçiləri püşkatma mərasiminə qatılmayacaq


1-02-2022, 11:19


Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarının püşkatma mərasimi idmançıların iştirakı olmadan keçiriləcək.

BrendSport.az
saytı xəbər verir ki, bu barədə TASS-a Beynəlxalq Konkisürmə İttifaqının vitse-prezidenti Aleksandr Lakernik açıqlamasında bildirib.

Onun sözlərinə görə, belə bir addım koronavirusa qarşı mübarizə tədbirləri ilə əlaqədar atılıb. Lakernik püşkatmaya komanda rəhbərləri və KİV nümayəndələrinin qatılacaqlarını söyləyib.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları 4 - 20 fevralda keçiriləcək. Azərbaycanı fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcək.
Geri qayıt