Əsas Səhifə > Olimpiya > Azərbaycan paracüdo üzrə növbəti dünya çempionatına ev sahibliyi edəcək

Azərbaycan paracüdo üzrə növbəti dünya çempionatına ev sahibliyi edəcək


22-12-2021, 12:57
Azərbaycan paracüdo üzrə növbəti dünya çempionatına ev sahibliyi edəcək

Azərbaycanda paracüdo üzrə növbəti dünya çempionatı keçiriləcək.
Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) BrendSport.az-a bildiriblər ki, yarış 2022-ci il noyabrın 7-9-da Bakıda təşkil ediləcək. “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq bu turnirdə 40-dan çox ölkənin aparıcı idmançılarının iştirakı gözlənilir.
Dünya çempionatı AMPK-nın təşkilatçılığı və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə baş tutacaq.
Qeyd edək ki, yarışdan əvvəl beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifat keçiriləcək.
Geri qayıt