Əsas Səhifə > Olimpiya > Avstriya Tokio Olimpiadasında ilk medalını qazanıb

Avstriya Tokio Olimpiadasında ilk medalını qazanıb


25-07-2021, 13:47
Avstriya Tokio Olimpiadasında ilk medalını qazanıb


Avstriya “Tokio-2020” Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.
BrendSport.az xəbər verir ki, avstriyalı velosipedçi Anna Kizenhofer qadınlar arasında şose yarışlarında birinci olub. Velosipedçi 137 kilometr məsafəni 3 saat 52 dəqiqə 45 saniyəyə qət edib.
Niderlandlı Annemik van Vleyten gümüş, İtaliya velosipedçisi Eliza Lonqo Borqini isə bürünc medala sahib olublar.
Qeyd edək ki, "Tokio-2020" avqustun 8-dək davam edəcək. Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.
Geri qayıt