Əsas Səhifə > Olimpiya > Parapauerliftinqçilərimiz “Tokio-2020”yə reytinq xalları qazandıran turnirdə iştirak edirlər

Parapauerliftinqçilərimiz “Tokio-2020”yə reytinq xalları qazandıran turnirdə iştirak edirlər


17-02-2020, 20:44


Böyük Britaniyanın Mançester şəhərində paralimpiyaçılar arasında pauerliftinq üzrə dünya kuboku yarışları keçirilir.

BrendSport.az xəbər verir ki, turnirdə ölkəmizi Azərbaycan Milli Paralimpiya Komitəsinin pauerliftinq üzrə milli komandası 4 nəfərlik heyətlə təmsil edir. Millimiz baş məşqçi İlqar İbişovun rəhbərliyi altında mübarizə aparır.

“Tokio-2020” Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran turnirə fevralın 24-də yekun vurulacaq.
Geri qayıt