Əsas Səhifə > Olimpiya > Tokio polisi Olimpiada ərəfəsində terrora qarşı mübarizə tədbirlərini gücləndirir

Tokio polisi Olimpiada ərəfəsində terrora qarşı mübarizə tədbirlərini gücləndirir


4-02-2020, 14:28


Tokio polisi Yay Olimpiya və Paralimpiya Oyunları ərəfəsində terrora qarşı mübarizə tədbirlərini gücləndirir.

BrendSport.az xəbər verir ki, Yaponiya Polis İdarəsi tərəfindən fövqəladə vəziyyət yaranacağı təqdirdə əcnəbi turistləri məlumatlandırmaq üçün “110” telefon nömrəsinə müraciət etmək barədə yeni plakatlar hazırlanıb. Həmin addım Olimpiya və Paralimpiya Oyunları ərəfəsində həyata keçirilən antiterror tədbirləri çərçivəsində atılıb.

Plakatda klassik yapon qravürasına oxşar şəkildə Kabuki teatrının qəzəbli baxışları olan aktyoru əks olunub. Plakatda ingilis, Çin, Koreya və yapon dilində verilmiş yazıda insanlar şübhəli vəziyyət yaranacağı təqdirdə polisə müraciət etməyə çağırılır.

Həmin plakatlar Tokionun tanınmış əyləncə mərkəzlərində və böyük stansiyalarda artıq yerləşdirilib.

“Şibuya” stansiyası yaxınlığındakı böyük monitorda da yerləşdirilən həmin plakatda polis terrorun qarşısını almaq üçün insanları əməkdaşlığa çağırır.



AZƏRTAC
Geri qayıt