Əsas Səhifə > Olimpiya > Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) Azərbaycanda paralimpiya hərəkatına dəstək göstərməkdən məmnundur.

Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) Azərbaycanda paralimpiya hərəkatına dəstək göstərməkdən məmnundur.


27-11-2019, 15:48


BrendSport.az xəbər verir ki, Bu sözləri TİKA-nın Azərbaycan üzrə koordinatoru Teoman Tiryeki Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimovla görüşü zamanı deyib.

Onun sözlərinə görə, TİKA hazırda dünyanın müxtəlif ölkələrində türk iş adamlarının dəstəyi ilə sosial layihələr həyata keçirir. Bu istiqamətdə Paralimpiya Komitəsi ilə də əməkdaşlığa maraqlıdır.

MPK prezidenti İlqar Rəhimov öz növbəsində TİKA-nın Azərbaycanda Boccia idman növünün inkişafı üçün göstərdiyi dəstəyi xatırladıb. Bu dəstək sayəsində bu idman növünün inkişaf etdiyini vurğulayıb.

“Daha öncə TİKA tərəfindən Boccia komandasına çox böyük yardımlar edilib. Bu dəstək öz müsbət nəticələrini verməkdədir” – deyə o əlavə edib.

Görüşdə əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı qərar qəbul olunub.
Geri qayıt