Əsas Səhifə > Olimpiya > Olimpiya çempionu Fərid Mansurov Beynəlxalq Olimpiya Komitəsinin fəxri lövhəsini imzalayıb

Olimpiya çempionu Fərid Mansurov Beynəlxalq Olimpiya Komitəsinin fəxri lövhəsini imzalayıb


20-09-2019, 17:30


Olimpiya çempionu Fərid Mansurov İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni istifadəyə verilmiş inzibati binasında Olimpiya çempionlarına həsr olunmuş fəxri lövhəni imzalayıb.

Azərbaycan Milli Olimpiya Komitəsindən BrendSport.az -a bildiriblər ki, fəxri lövhə Olimpiya çempionlarının BOK-u ziyarət etdiyi zaman nailiyyətlərini əbədiləşdirməsi üçün yaradılan imkandır.

2004-cü il Afina Olimpiadasının qalibi, Gənclər və İdman Nazirliyinin İdman idarəsinin rəisi F.Mansurov Avropa Olimpiya Komitələrinin Olimpiya Oyunlarına hazırlığına dair regional forumunda iştirak edir. Forum BOK və bu ali qurumun Olimpiya Həmrəyliyi Fondunun birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirdə “Tokio 2020” Yay Olimpiya Oyunlarının akkreditasiya, idman qurğuları, nəqliyyat, yaşayış, tibbi xidmət, antidopinq və digər məsələlərinə dair
müzakirələr aparılır.
Geri qayıt