Əsas Səhifə > Olimpiya > Cüdoçumuz Rüstəm Orucov “World Masters” turnirinin finalına yüksəlib

Cüdoçumuz Rüstəm Orucov “World Masters” turnirinin finalına yüksəlib


15-12-2018, 12:47


Bu gün Çinin Quançjou şəhərində cüdo üzrə “World Masters” turniri start götürüb.

BrendSport.az xəbər verir ki, 73 kiloqram çəkidə mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. Onun qızıl medal uğrunda görüşdə rəqibi kanadalı Artur Marjelidon olacaq.

İki gün davam edəcək turnirdə daha 4 cüdoçumuz tatami üzərinə çıxacaq. Dekabrın 16-da Məhəmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (100 kq-dan yuxarı) və İrina Kindzerskaya (78 kq-dan yuxarı) mübarizə aparacaqlar.
Geri qayıt