Əsas Səhifə > Olimpiya > Bakı yeniyetmələr arasında Olimpiya Oyunlarının təsnifat yarışlarına ev sahibliyi edəcək.

Bakı yeniyetmələr arasında Olimpiya Oyunlarının təsnifat yarışlarına ev sahibliyi edəcək.


15-09-2017, 14:58


Gələn il Azərbaycan Gimnastika Federasiyası (AGF) bir sıra mühüm beynəlxalq yarışlara ev sahibliyi edəcək. Dünya Kubokunun mərhələ yarışları ilə yanaşı, gələn ilin oktyabrında Buenos-Ayresdə baş tutacaq yeniyetmələr arasında Olimpiya Oyunlarının idman gimnastikası üzrə təsnifat yarışları ilk dəfə Bakıda keçiriləcək.

İyunun 22-dən 23-dək Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastları arasında ən güclülər müəyyənləşəcək.

Həmçinin gələn il aprelin 12-15-də Bakıda batut, ikili mini batut və tamblinq üzrə Avropa çempionatı da təşkil ediləcək. Bu çempionat çərçivəsində keçiriləcək təsnifat xarakterli yarışlarda isə Buenos-Ayresə yollanacaq yeniyetmə batutçuların və 2019-cu ildə təşkil olunacaq II Avropa Oyunlarına vəsiqə qazanacaq böyük batutçuların adları məlum olacaq.

AZƏRTAC
Geri qayıt