Əsas Səhifə > Olimpiya > Beynəlxalq Olimpiya Komitəsi ağır atletikanın 2024-cü il Olimpiya Oyunlarının proqramında saxlanılması məsələsini təxirə salıb

Beynəlxalq Olimpiya Komitəsi ağır atletikanın 2024-cü il Olimpiya Oyunlarının proqramında saxlanılması məsələsini təxirə salıb


30-11-2018, 18:30


Beynəlxalq Olimpiya Komitəsi (BOK) ağır atletika idman növünün 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının proqramında saxlanılması məsələsini təxirə salıb. Bu məlumatı BOK-un kommunikasiya direktoru Mark Adams Tokioda keçirdiyi mətbuat konfransında verib.

BrendSport.az xəbər verir ki, əvvəlki Olimpiadalarda idmançıların dopinq-testlərdə üzləşdiyi problemlərin artması və bu səbəbdən Oyunlarda bir sıra nəticələrin ləğv olunması ağır atletikanın Olimpiya Oyunları proqramından çıxarılması məsələsini gündəmə gətirib.

Adams əlavə edib: “BOK vəziyyətin monitorinqini davam etdirir və Aşqabadda keçirilmiş dünya çempionatında götürülmüş nümunələrin dopinq-testinin nəticələrini gözləyir. Müsbət addımlar da atılıb, lakin ağır atletikanın 2024-cü il Olimpiya Oyunlarının proqramına daxil edilməsi hələ də sual altındadır”.


Geri qayıt