Əsas Səhifə > Olimpiya > "İngiltərə çempionatı o zaman ən güclü olacaq ki..."

"İngiltərə çempionatı o zaman ən güclü olacaq ki..."


28-08-2017, 13:42


"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqa barədə fikirlərini bölüşüb.

BrendSport.az goal.az-a istinadən xəbər verir ki, ispan mütəxəsis bunları deyib:

"Məndən nə eşitmək istədiyinizi bilirəm. "İngiltərə Premyer Liqası dünyada ən qabaqcıl çempionatdır, təbrik edirəm" - deməyimi gözləyirsiniz. Bəli, Premyer Liqa ən populyar çempionatdır. Burda oynamaq olduqca çətindir. Amma "Santiago Bernabeu", "Camp Nou", Bilbao və Sevilyada oynamağın asan olduğunu deyə bilmərəm. Son 10 ildə Avropa Kuboklarında ispan klubları ağalıq edir. "Sevilla" ardıcıl 3 mövsüm Avroliqanın qalibi oldu. İngiltərə çempionatı o zaman ən güclü olacaq ki, ingilis klubları Çempionlar Liqasının finalına qədər gələcəklər. Həmin vaxt Premyer Liqanı ən güclü hesab etmək olar. İrəli addım atmaq lazımdır".

Çempionlar Liqasında sonuncu dəfə final oynayan ingilis klubu "Çelsi" olub. "Zadəganlar" 2012-ci ildə "Bayern Munich"i penaltilər seriyasında məğlub etməklə titula sahib çıxmışdı.
Geri qayıt