Əsas Səhifə > Olimpiya > SSRİ-də karatenin 40 illiyinə həsr olunan doqquzuncu “Baku Open” beynəlxalq turniri keçiriləcək

SSRİ-də karatenin 40 illiyinə həsr olunan doqquzuncu “Baku Open” beynəlxalq turniri keçiriləcək


13-08-2018, 19:54


Sentyabrın 28-30-da Azərbaycanda karate üzrə ənənəvi “Baku Open” turniri keçiriləcək.

Doqquzuncu dəfə təşkil ediləcək yarış keçmiş Sovet Sosialist Respublikaları İttifaqında karatenin 40 illik yubileyinə həsr olunur.

Turnirdə keçmiş SSRİ-nin müxtəlif respublikalarından tanınmış veteran karate ustaları iştirak edəcəklər.

Bakı İdman Sarayında təşkil edəcək yarışda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar mübarizə aparacaqlar.

Turnirin açılış mərasiminin sentyabrın 29-da keçirilməsi nəzərdə tutulur.
Geri qayıt