Əsas Səhifə > Olimpiya > Olimpiya oyunlarında üz tanınması texnologiyasından istifadə ediləcək

Olimpiya oyunlarında üz tanınması texnologiyasından istifadə ediləcək


9-08-2018, 12:13


Dünyanın ən iri elektronika, kompüter texnikası və telekommunikasiya avadanlığı istehsalçılarından biri olan Yaponiyanın “NEC” şirkətinin nümayəndəsi elan edib ki, onlar tərəfindən hazırlanmış sifətin tanınması sisteminin 2020-ci ildə keçiriləcək Yay Olimpiya, həmçinin Tokioda təşkil olunacaq Paralimpiya Oyunlarında kütləvi şəkildə tətbiqinə başlanılacaq. Sistem Yay Olimpiya Oyunlarının təşkili və işıqlandırılmasında iştirak edəcək 300 mindən çox insanın identifikasiyasında istifadə olunacaq. Bu texnologiya Olimpiya Oyunları tarixində ilk dəfə tətbiq ediləcək.

hi-news.ru saytının xəbərinə görə, “NEC” şirkəti tərəfindən hazırlanmış sifətin tanınması sisteminin işi “NeoFace” adlı süni intellekt mühərrikinə əsaslanır. Sistem insanı səs, barmaq izləri və gözün qüzehli qişası üzrə tanıya bilir. Lakin Olimpiya Oyunlarında yalnız foto üzrə identifikasiya texnologiyasından istifadə ediləcək. Sistem akkreditə edilmiş şəxsləri sifətin tanınması texnologiyası, həmçinin daxili mikroçipə malik xüsusi kart vasitəsilə yoxlayacaq.
Geri qayıt