Əsas Səhifə > Olimpiya > Hakimlərimiz olimpiyadaya dəvət alıblar

Hakimlərimiz olimpiyadaya dəvət alıblar


13-07-2018, 22:13
Hakimlərimiz olimpiyadaya dəvət alıblar

Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin Olimpiya Oyunlarında gimnastların çıxışlarının dəyərləndirilməsində azərbaycanlı hakimlər də iştirak edəcəklər.

Azərbaycan Gimnastika Federasiyasının saytında yayılan xəbərə görə, milli komandaların hakimləri - bədii gimnastika üzrə Nigar Abdusəlimova, kişi idman gimnastikası üzrə Rza Əliyev, batut gimnastikası üzrə isə Kamil Quliyev bu oyunlarda hakimlik etmək üçün dəvət olunublar.

Yeniyetmələrin Olimpiya Oyunlarında həm bədii gimnastika, həm də kişi idman gimnastikası üzrə yığma komandalarımız maksimum sayla – 1 gimnastla təmsil olunacaqlar.

Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 6 - 18 oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq.
Geri qayıt