Əsas Səhifə > Olimpiya > Mərakeş yığmasına Nabil Dirar şoku

Mərakeş yığmasına Nabil Dirar şoku


10-06-2018, 14:38


Futbol üzrə Mərakeş yığması bir neçə gün sonra Rusiyada start götürəcək dünya çempionatı öncəsi ciddi itki ilə üzləşib.

Bu komandanın Türkiyənin "Fənərbaxça” klubunda çıxış edən futbolçusu Nabil Dirar son məşqlərin birində ağır zədə alıb. Həkimlərin ilkin rəyinə görə, onun zədəsi ciddidi. Hətta Dirarın DÇ-yə aparılan heyətdən çıxarılması təhlükəsi də yaranıb. Sonda belə bir qərar verilsə, onu kimin əvəz edəcəyi də müəyyənləşib. Bu, Fransanın "Amyen” klubunda top qovan Oualid El Hayyam olacaq.
Geri qayıt