Əsas Səhifə > Olimpiya > Boks üzrə yığma komandamız Avropa çempionatına yollanır

Boks üzrə yığma komandamız Avropa çempionatına yollanır


23-03-2018, 18:54


Martın 25-dən aprelin 1-dək Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı keçiriləcək.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yarışda Azərbaycan millisi də iştirak edəcək.

Yığmamızın məşqçilər korpusu qitə birinciliyində 10 idmançını sınaqdan keçirəcək. Kişilərin mübarizəsində Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Ruslan Rüstəmov (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Nicat Məmmədov (69 kq), İsmayıl Hüseynov (75 kq), Cəbrayıl Yelekov (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) rinqə çıxacaqlar. Qadınların yarışında isə Aliyə Vəlizadə (57 kq) ilə Məryəm Cəbrayılova (69 kq) qüvvələrini sınayacaqlar.

Avropa çempionatında ölkəmizi hakim kimi Emil Qurbanəliyev təmsil edəcək.

Qeyd edək ki, bu gün saat 20:45-də səfərə yollanacaq komandamız aprelin 3-də Vətənə dönəcək.
Geri qayıt