Əsas Səhifə > Olimpiya > “Qarabağ” Enrike ilə danışıqlar apardığını təsdiqlədi

“Qarabağ” Enrike ilə danışıqlar apardığını təsdiqlədi


30-08-2017, 13:53


“Qarabağ” PAOK-un futbolçusu Pedro Enrikeni icarəyə götürmək istədiyini təsdiqləyib.

BrendSport.az-ın xəbərinə görə, Ağdam klubunun direktoru Əmrah Çəlikəl “Qafqazinfo”ya açıqlamasında braziliyalı yarımmüdafiəçi ilə danışıqlar apardıqlarını təsdiqləyib: “Enrike transfer siyahımızda olan futbolçudur. Onu heyətə qatmaq üçün danışıqlar aparırırq. Hazırda danışıqlar müsbət yöndə davam edir”.

Qeyd edək ki, bu gün P.Enrikenin meneceri ilə PAOK-un idman direktoru Lubos Miçel arasında görüş olacaq. Görüş zamanı 27 yaşlı oyunçunun gələcək karyerası ilə bağlı yekun qərar veriləcək.
Geri qayıt