Əsas Səhifə > Olimpiya > Kamran Şahsuvarlı Dünya çempionatının yarımfinalında

Kamran Şahsuvarlı Dünya çempionatının yarımfinalında


30-08-2017, 10:37


Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında 1/4 final mərhələsinə start verilib.

Günün ilk sessiyasında Azərbaycan millisinin bir üzvü qüvvəsini sınayıb.

75 kq çəki dərəcəsində rinqə çıxan Kamran Şahsuvalı kolumbiyalı Xorxe Vivas Palasiosla üz-üzə gəlib. Döyüş 3:2 (27:30, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə Olimpiya mükafatçımızın xeyrinə başa çatıb. O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.

K.Şahsuvarlı avqustun 31-də baş tutacaq 1/2 finalda qazaxıstanlı Abilxan Amankulla qarşılaşacaq.

Qeyd edək ki, günün ikinci sessiyada dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) da rinqə çıxacaq. O, yarımfinala vəsiqə üçün Camili-Dini Aboudo-Moindze (Fransa) ilə döyüşəcək. (Goal.az)
Geri qayıt